Menu

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 775 minə çatıb

10.06.2024, 10:08
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 775 minə çatıb

Bu il iyunun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 % artaraq 775 minə çatıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,7 % artaraq 48,8 min təşkil edib.

Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,4 % artıb və 207,4 min olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol