“ƏLİYEV HƏTTA PUTİNİN DƏ DÜŞÜNMƏDİYİ ADDIMLARI ATDI...” – “Rusiya sülhməramlıları Azərbaycandan ona görə çıxdı ki...”
"Əvvəlki prezidentlərin hər biri bəlli bir yerdə dayandı, İlham Əliyev isə dayanmadı”
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə “AzPolitika”-ya müsahibəsinin ikinci hissəsində Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan sülh müzakirələrinin perspektivləri, qarşıdan gələn seçkilər, iqtidar-müxalifət münasibətləri ilə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
(Müsahibənin əvvəli bu linkdə: https://azpolitika.info/?p=758282)
- İqbal bəy, 10 noyabr razılaşmasından sonra Azərbaycanın suverenliyinin təmin edilməsi və baş verən digər proseslər həm də Paşinyanın hakimiyyətdə qalmasının nəticəsi kimi qəbul edilə bilərmi?
- Elə deməzdim. Azərbaycanda müxtəlif vaxtlarda - Kamran Bağırovun, Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin, Heydər Əliyevin hakimiyyətdə olduqları dönəmlərdə Qarabağı işğaldan azad etmək şansları olub...
- Rusiya ilə razılaşa bilməyiblər?
- Fərq etməz, razılaşıblar və ya razılaşmayıblar, fürsətdən istifadə ediblər, ya etməyiblər. Hamısının dövründə şans olub. İlham Əliyev sadəcə olaraq bu şansları doğru dəyərləndirməyi bacardı.
- Həm də geosiyasi şərtlərlərin təsiri var...
- O dövrün geosiyasi şərtləri bəlkə bundan da yumşaq idi. 1991-ci ilin sonunda, mərhum Ayaz Mütəllibovun prezidentliyi dövründə Qarabağın komendantı general Vladislav Safonov idi. Həmin vaxt onlarla Qarabağı boşaltmağın qarşılığında nə qədər pul istədikləri, Azərbaycan vətəndaşlığı, o cümlədən deputat mandatı alacaqları ilə bağlı danışıqlar getdi. Azərbaycan tərəfi bir gecədə bunu təmin edə bilmədi. Belə şanslar Əbülfəz Elçibəyin də vaxtında olub. 15 avqust 1992-ci ildə Ermənistan parlamentinin 56 deputatı Azərbaycana sıfırdan başlamaq, müharibəni dayandırmaq, işğal olunmuş torpaqları boşaltmaq, sülh müqaviləsi imzalamaqla bağlı müraciət edib. 1994-cü ildə də imkanlar olub. Amma hər kəs bəlli bir yerdə dayanıb. İlham Əliyev isə dayanmadı. Hətta Putinin də düşünmədiyi addımları atdı.
Bu gün “Qarabağ bizim deyil” deyən Paşinyan iki il əvvəl tamam fərqli fikirlər səsləndirirdi. Bu, Azərbaycanın yaratdığı reallıqlar idi. Şuşanın işğaldan azad olunmasından sonra keçirilən mətbuat konfransında Putininin sifətindəki mimika bugünkü kimi yadımdadı. O, çox dəhşətli bir təəccüb içərisində idi.
“Azərbaycan Türkiyədən başqa kimsənin yanında deyil”
- Hadisələrin növbəti mərhələsində İrəvanda daxili etirazların davam etdiyi şəraitdə Azərbaycanla Ermənistan arasında sülhə inanırsınız? Ermənistanda bunu həyata keçirməyə siyasi iradə varmı?
- Ermənistanda siyasi iradə var. Ermənistan 3 şeyi çox ciddi şəkildə analiz edərək başa düşür və qəbul edir. Birincisi, Paşinyan hökuməti qəbul edir ki, Qarabağ məsələsi artıq keçmişdə qalıb. İkincisi, anlayır ki, mövcud Ermənistan sərhədləri çərçivəsində Ermənistan dövlətinin maraqlarını qorumaq üçün mütləq sülh lazımdır. Başa düşür ki, sülhə Cənubi Qafqazda bir dönəm yox, bütün dönəmlərdə mane olan yeganə faktor Rusiyadır. Buna görə də Ermənistan Rusiyanın bölgədən çıxmasında maraqlıdır. Üçüncüsü, Ermənistan Azərbaycan, Türkiyə və digər qonşularla sıfır problemin olmasını əsas vəzifə kimi qarşısına qoyub. Bilir ki, sülh müqaviləsi imzalamasa, Zəngəzur dəhlizi məsələsi onun üçün problem olacaq. Zəngəzur dəhlizi Azərbaycanın məsələsi deyil, heç Rusiyanın da məsələsi deyil. Hazırda Rusiyaya qarşı müharibə aparan böyük güclər növbəti mərhələdə hədəf kimi Çini götürəcəklər. Rusiyada Qərbyönümlü hakimiyyət formalaşandan sonra Çin bazarının dünya iqtisadiyyatına, maliyyə bazarına təsir imkanlarının azaldılması və ya nəzarətdə olması uğrunda ciddi mübarizə başlayacaq . Çindən üç yol çıxır - biri ənəvi Rusiya yoludur. Rusiyada qərbyönümlü hakimiyyət yaranarsa, yol bunların nəzarətində olacaq. İkinci yol Qırmızı dənizdən keçən yoldur ki, həmin bölgənin kimin nəzarətində olduğunu görürsünüz. Üçüncü yol Orta Dəhlizdir. Bu orta dəhliz Türküstandan, yəni Qazaxıstandan keçir, Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, oradan da Türkiyə və Avropaya gedir. Bu üç yol nəzarətdə olmalıdır.
Ümumiyyətlə, dünyada gedən lokal və yaxud da böyük müharibələri qələbə ilə başa çatdırmağın birinci şərti logistik imkanları nəzarətə götürməkdir. Hətta müharibədə belə cığırları, yolları kəsmirsənsə, kömək, yardım imkanları açıq olursa, orada qələbədən söhbət gedə bilməz. Bu Orta Dəhliz açılmalıdır. Əsas faktor sülh müqaviləsinin imzalanmasıdır ki, hazırda bu mərhələ davam edir. Öhdəliklər əsasında çərçivə sazişi olacaq və ikinci mərhələdə kommunikasiyaların açılması məsələsi gündəmə gələcək. Kommunikasiyaların açılmasının iki şərti var: Sülh müqaviləsi çərçivəsində açılacaqsa, Zəngəzur dəhlizinin mühafizəsi Ermənistanın üzərində olacaq. Zəngəzur dəhlizi əlahiddə məsələ kimi müzakirəyə çıxarılacaqsa, Rusiya 10 noyabr sazişini ortaya qoyacaq və indi də qoyur. Amma Ermənistan çalışır ki, bu, olmasın. Bu günlərdə artıq Rusiya qoşunları, Federal Sərhəd Xidmətinin əməkdaşları Sünik vilayətindəki bir neçə ərazini tərk etdi. Ermənistan çalışır ki, sülh müqaviləsi imzalansın və kommunikasiyalar sülh müqaviləsi çərçivəsində açılsın - Qazaxdan, İcevandan, Bertdən, Tovuzdan, Göyçə ətrafından, Kəlbəcərdən, Daşkəsəndən, Gədəbəydən, Laçından, Gorusdan, o cümlədən də Mehri, Qubadlı, Zəngilan istiqamətindən.
- Rusiyanın buna reaksiyası necə oalcaq?
- Kommunikasiyaların açılması sülh müqaviləsi çərçivəsində olacaqsa, Rusiyanın müqavimət göstərmək imkanları zəif olacaq. Rusiya Azərbaycandan niyə çıxdı? Əsas şərt bu idi ki, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında gərginlik davam etdikcə xarici qoşunların Ermənistan ərazisinə gəlmək imkanları artır. Rusiya buna görə də gərginliyin mütləq dərəcədə azalmasında maraqlı göründü və ona görə qoşunlarını konfliktli zonadan geri çəkdi. İndi Rusiya başa düşür ki, sülh müqaviləsi çərçivəsinə mane olmağa çalışsa, həm Ermənistan daxilində, həm də xaricdə olan qüvvələri öz üzərinə çəkmiş olacaq və bu, Gümrüdəki 102-ci hərbi bazanın taleyini zərbə altında qoyacaq. Hərbi bazanın 2045-ci ilədək Ermənistanda saxlanması ilə bağlı müqavilə var və Rusiya istəyir ki, ən azı bu vaxta qədər qoşunlar orada qalsın. Hələlik dünya düzənində Rusiyanın və digərlərinin mövqeyi və yeri tam şəkildə aydın deyil. Bu gün postsovet ölkələri uğrunda böyük müharibə gedir, o cümlədən də dediyim Orta Dəhliz uğrunda.
- Gürcüstandakı daxili qarşıdurma da bunun tərkib hissəsidirmi?
- Təbii. Gürcüstanda oktyabr ayının 26-da baş tutacaq seçkidə müxalifətin qalib gəlmə imkanları böyükdür. Çox təəssüflər olsun ki, müxalifət bir məsələdə taktiki səhvə yol verdi. Enerjisini bu qanun çərçivəsində xərclədi. Bəlkə də 26 oktyabra o enerji, emosiya ilə getmək imkanlarını bir az azaltdı. Bəlkə də səhv edirəm, artırdı. Lakin əsas məsələ budur ki, bütün proseslər 26 oktyabrda keçiriləcək seçkidə hansı koalisiyanın və yaxud da kimin qalib gələcəyinə bağlı məsələdir. Rusiya da bunu hesablayır. Oradakı mövcud hakimiyyət devirilərsə, avropayönümlü müxalifət proseslərin içərisinə daxil olarsa, Rusiyanın Cənubi Qafqaza yolu bağlanır. Artıq Ermənistana təsir etmək imkanları sıfıra bərabər olacaq. Bəzən deyirlər ki, Azərbaycan Rusiyanın yanındadır. Azərbaycan Türkiyədən başqa kimsənin yanında deyil.
- Qərbyönümlü qüvvələr Qafqazda indiki balansı poza bilərmi?
- Heç bir balans pozulmayacaq. Niyə? Əvvəla onu qeyd edim ki, bir neçə ay bundan əvvəl ABŞ-də nazir Hakan Fidanla Entoni Blinken arasında strateji müttəfiqlik haqqında müqavilə imazlandı. Həmin müqavilənin bir bəndində qeyd olunurdu ki, Cənubi Qafqazda sülhün və barışın təminatçısı kimi hər iki tərəf öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.
- Türkiyə rəhbərliyi də çox tez-tez bu müqaviləni gündəmə gətirir...
- Bəli, özü də ən yüksək səviyyədə. Bu isə o deməkdir ki, ümumi Cənubi Qafqaz siyasətində Türkiyə harda olacaqsa, Azərbaycan da orada olacaq. Türkiyə bu gün hardadır? Qərblə bir yerdədir. Bu gün dünyada iki koalisiya var. Birinci koalisiyada ABŞ, Böyük Britaniya, Türkiyə, İsrail, Yaponiya, Cənubi Koreya və bunların müttəfiqləri yer alır. Azərbaycan Türkiyə ilə müttəfiqdir. İkinci koalisiyada isə Avropa Birliyi və Fransa var.
- Azərbaycan həm də öz maraqlarına uyğun müstəqil oyununu oynamaq istəyir...
- Öz oyununu oynamaq istəmir. Azərbaycan çox bacarıqla özünü heç kimdən asılı olmayan kimi göstərib, prosesləri öz bildiyi çərçivədə tənzimləyir. Hazırda doğru olan da budur. Əgər Cənubi Qafqazda Rusiyanın regiondan çıxmaq faktoru olsa, kim qazanmış olacaq? Turan Birliyi və Türkiyə, o cümlədən də sabah böyük dünya savaşında Çinlə üz-üzə dayana biləcək Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya. Vaxtilə Böyük Britaniyanı Avropa Birliyindən çıxmağa məcbur edən ölkə elə ABŞ olub. Bəzən Azərbaycanın Yeni Kaledoniyada baş verən hadisələrə müdaxiləsi, Ada dövlətlərinə dəstək fondunun yaradılması və s. məsələlərə ironiya ilə yanaşırlar və deyirlər ki, Azərbaycan niyə öz işi ilə məşğul olmur. Baxın, 11 aprel 2023-cü ildə Makron Çinə səfər edir. Çində Tayvanla bağlı bəyanat səsləndirir ki, “biz bu məsələdə Çinin yanında olacağıq”. Qayıdan zaman isə təyyarədə deyir ki, “Fransanın öncəliyi Avropa Birliyini üçüncü güc mərkəzinə çevirməkdir”. ABŞ isə üçüncü bir güc məkəzi istəmir. ABŞ Avropanı qarşısında yox, yanında görmək istəyir. İndi özünüz nəticə çıxarın, Azərbaycan kimin yanındadır?
- Amma biz Azərbaycanla Qərb arasında gərginliyin olduğunu da görürük. Bu gərginlik nə ilə nəticələnəcək?
- Hesab edirəm ki, tərəflər bir-birinə güzəştə gedəcək.
- Bizim güzəştimiz nə ola bilər?
- Bizim güzəştimiz keçiriləcək seçkilərdə bir qədər fərqli mövqe nümayiş etdirmək, COP-29 öncəsi böyük amnistiyalar və ya əfv sərəncamı, Ermənistanla sülh müqaviləsi, Paşinyanın COP29-a dəvəti ola bilər. Avropa Birliyi isə öz növbəsində Azərbaycanı AŞPA-ya qəbul edə, sanksiyaları gündəmdən çıxara, bizimlə fərqli münasibətlər qura bilər.
“Bir insan Harvard universitetini bitirib, gəlib burada rüşvət alırsa...”
- Belə çıxır ki, seçkiyə ümidiniz böyükdür.
- Mən ümidimi heç vaxt belə şeylərə bağlamıram. Sadəcə, gedən proseslərə ümidim var. Prezident də 2024-cü ilin yanvarında jurnalistlərə müsahibəsində bildirdi ki, “heç kim qələbəni istismar etməməlidir, yeni bir dövr başlamalıdır”. Prezident seçkiləri təyin olunan gün mənə prezidentlə bağlı sual vermişdilər. Demişdim ki, bu gün İlham Əliyevə rəqib olmaq çox çətindir və bir az da mümkünsüzdür. Bilirsinizmi, bizim insanın demokratiyaya, azad sözə, seçkiyə, yaşam tərzinə münasibəti fərqlidir. İnsanımız Qarabağa bağlı olduğu qədər sadalananlara bağlı olmayıb. Bizim insan torpağa daha çox bağlıdır. Demokartiya əvvəlki önəmini çoxdan itirib. İndi demokratiya Qərbdə düşüncə, yaşam tərzi, vərdişlərdir. Bizim düşüncəmizdə, vərdişlərimizdə, yaşam tərzimizdə problemlər var.
- Problemin olmasının əsas səbəbi də demokratik inkişafın ləngiməsidir…
- Belə deyək, hakimiyyətin sistemli, ardıcıl bir istqamətdə insanları demokratiyaya hazırlamaq istəməməsidir. Digər tərəfdən, indi yetişən, xaricdə təhsil alan, savadlı nəsil özü ilə bərabər yeni ənənələr gətirə bilmədi. Bir insan Harvard universitetini bitirib, gəlib burada rüşvət alırsa, söz azadığına, insan haqlarına münasibəti ənənəvidirsə, onun durumu Bakı Dövlət Universitetində oxuyan tələbədən daha pisdir.
- Rüşvət almayanlar da ölkədən gedir…
- Bir az bu şeylərə dəyişiklik etməliyik. Prezidetin həmin mesajında bunu gördüm. Bəlli bir yerə qədər gedilə bilər.
- Bəlli yer haradır?
- Söhbət parlamentdə 3, 5, 7 söz deyənin olmasından daha çox, hansı təşkilatın, fikir, söz, mətbuat azadlığının olmasından gedir.
- Parlament siyasi sistemdə öz mahiyyətini bərpa edə biər?
- Elə bərpadan söhbət gedir. Yoxsa, orda olanlar da danışa bilər, problemləri qaldıra bilər. Qaldırırmı? Yox!
- Bu, birbaşa seçki institutuna münasibətlə bağlıdır. Təəssüf ki, seçki institutlarının formalaşdırdığı dövlət-hakimiyyət institutları mötəbər deyil…
- Hakimiyyət bu yükü öz üzərindən atmalıdır. Normal hakimiyyətlər belə edir. Yükü verir seçkili orqanlara. Bu gün hakimiyyət güclüdür. İlham Əliyevin şəxsi nüfuzu yuxarıdır. Nə etməlidir? Bələdiyyələrin səlahiyyət dairəsi artmalıdır. Yerli insanları narahat edən problemlər bələdiyyələrə verilməlidir. Bizdə bu problemləri hökumət öz üzərinə çəkir. Bu, ziyanlı tendensiyadır, nəticələrini də görmüşük. Məsələn, Ermənistanda Ter-Petrosyan, Serj Sarqsyan, Robert Koçaryan və digərləri - bunlar kimlərdir? Bunlar “Böyük Ermənistan” arzusunu gerçəkləşdirən, Azərbaycan torpqalarını işğal edən, Qarabağı Ermənistana birləşdirən, 30 il imperiya quran adamlar idi. Bu gün bu adamların ictimai rəydəki nüfuzları yerlə birdir. Prezdient bunları görür və bilir ki, qələbəni istismar etmək olmaz. Olarsa, məğlubiyyətə çevrilə bilər.
- Sizcə, yeni parlament seçkiləri nə vaxt keçiriləcək?
- Mən sentyabr ayından gec olacağını düşünmürəm.
- Parlamentin palitrası dəyişə bilərmi?
- Parlamentin palitrasında dəyişim mövcud siyasi qüvvələrin böyük əkəsriyyətinin orada az-çox təmsilçisinin olmasından asılıdır.
- Məsələn, Müsavat Partiyasının təmsilçisi olacaqmı?
- Gözləyirəm.
- İsa Qəmbər ola bilərmi?
- Fərdiləşdirə bilmərəm. Çünki İsa Qəmbərin imkanlarını bilmirəm. Lakin hökumətin Müsavata münasibəti olduqca müsbətdir. Bizdən də müsbətdir.
- Bəs digər partiyalar? Məsələn, Xalq Cəbhəsi?
- Xalq Cəbhəsinə partiya olaraq münasibət o qədər də müsbət deyil.
- Bəs hökumət öz kontingenti ilə bağlı nə qərar verəcək? Keçən seçkidə xeyli sayda gənc deputat seçildi, amma onların fəaliyyyətini heç kim görmədi…
- Biz bilmirik, onların bu fəaliyyəti hökumtə belə lazım idi, yoxsa, yox. Bu, hökumətə ünvanlanmalı olan sualdır. Mən bilmirəm onların üzərinə hansı məsuliyyət qoyulmuşdu. Əminəm ki, onlara desəydilər ki, hər gün orada danışmaq laızmdır, onlar danışacaqdılar. Orada proses “sən danış”, “sən danışma” şəklində gedir. Komanda var və hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir.
Bəzən deyirlər ki, yaşlılar gedəcək, gənclər gələcək. Buna inanmıram. Çünki siyasət və parlament yaş prizmasından daha çox təcrübə, proseslərə, ictimai rəydə insanlara təsir imkanlarına dayanır. Təsəvvür edin, ən yaşlı hakimyyət nümayəndəsi ilə xaricdə təhsil almış, ingilis dilini bilən bir gənci hansısa kəndə göndərirlər. Sizcə, kənd sakinləri, yəni, seçicilər kimin təsiri altında olacaq? Bu, ritorik sualdır. Hakimiyyət də bunu bilir.
- Biraz da sanki siyasi düşmənçilik məsələsi var…
- Fərdi düşmənçilik deyərdim. Məsələn, böyük öndər Məhəmməd Əmin Rəsulzadə partiyalar tərəfindən mənimsənildi deyə, hakimiyyət ona sahiblikdən geri çəkilib. Əgər müxalifət Rəsulzadəyə sahib çıxmamış olsaydı, hakimiyyət çıxacaqdı. Rəsulzadə kimin istəyib-istəməməsindən asılı olmayaraq hər kəsin qəlbindədir. Hakimiyyət Heydər Əliyevə sahib çıxır. Əmin edirəm ki, hakimiyyətin bu siyasəti olmasa belə, cəmiyyətin əksər hissəsi onu qəbul edir. Burada yanaşma bəzən qüsur doğurur. Bu qüsur isə yavaş - yavaş əks qütbləşmə yaradır. Bu istiqamətdə yeni siyasət lazımdır. Məsələn, Cümhuriyyət qurucusuna anıt qəbir düzəltmək, bir abidə yaratmaq olardı. Biz nədənsə, ancaq tariximizi silməklə məşğuluq. Bu cəmiyyətdə tarixi şəxsiyyətlərlə bağlı heç vaxt yekdil bir münasibət olmayıb. Götürək elə Şah İsmayıl Xətaini. Bir qrup üçün qəhrəmandır, bir qrup üçün şiədir, bəziləri türk düşməni adlandırır, hətta kürd deyənlər belə var. Koroğluya da, Nəbiyə də, Həcərə də, Rəzulszadəyə də, Elçibəyə də, Heydər Əliyevə də münasibət düzgün olmalıdır. Bu yanlışlıqları aradan qaldırmaq lazımdır.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Ölkə
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Vallah halaldır bu siyasətbaza,deyərdim birincilik üzrə yaltağlar arasında müsabiqə keçirilsə 100%-iz birinci yeri tutar.
İqbal Ağazadəni bu qədər sadəlövh və yaltaq olduğunu bilmirdik.Onu da özü açdı.yəqin yenidən deputat omaq fikrinə düşüb.Əvvəllər deputat olub nə etdi ki,indi nə etsin?Bu arxivliklərdən azad olmaq lazımdır.
Iqbal Ağazadənin Fazillə ilə heç bir fərqi qalmayıb. Çox təəssüf!
Iqbal bəy çırmalanır keçməyə çay gəlməmiş.Adam yenidən deputat olmaq həvəsinə düşüb.Görəsən deputatlıqda nə var?
Maşallah! Müxalifətçi İqbal Ağazadə!...
İqbal bəy əvvəllər özünü müxalifət sayırdı.Bunun süni olduğu çox aydın görünürdü.İndo osə İqbal bəy sırf hakimiyyət adamının olduğunu.müxalifətdə Əli Kərimli kimi artistlik etdiyini üzə çıxardı....