“Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı hədələrindən sonra Ermənistanın Baş naziri bir müddət qeyri-müəyyən “Sülh kəsişməsi” layihəsi haqqında danışa, sonra da bizə deyə bilər ki, “Əgər müharibə istəmirsinizsə, güzəştə getməliyik”.
“AzPolitika” xəbər verir ki, bunu tanınmış erməni politoloqlarından olan Vahe Hovannisyan erməni mətbuatına açıqlamasında deyib.

Hovannisyan narahatdır ki, Paşinyan Azərbaycan Prezidentinin təzyiqlərinə tab gətirməyəcək və Zəngəzur dəhlizinin açılışına razılıq verəcək. Hansı ki, onun fikrincə, 9 noyabr 2020-ci il tarixli bəyanata riayət olunsaydı, yəni, Rusiyanın dəhlizə nəzarəti qəbul olunsaydı, bu, Ermənistan üçün daha uyğun variant olardı. Politoloqun fikrincə, artıq Zəngəzur dəhlizi məsələsi Ermənistanın milli təhlükəsizliyi üçün aparıcı ciddi faktora çevrilib.
Hovannisyan etiraf edib ki, Azərbaycan gələcəkdə ümumiyyətlə Ermənistanla danışıqlardan imtina edə, Rusiya, Türkiyə, İran və Avropa İttifaqı ilə danışıqlar apara bilər: “Heç kim düşünməsin ki, Azərbaycan Ermənistana hücum edərsə(?), Qərb sərt reaksiya verəcək. Bu prosesi dayandırmasaq, fəlakət baş verəcək. Ermənistan hakimiyyəti ölkəni tək buraxmaq üçün hər şeyi edir. Hər ay yeni tələb irəli sürülür və ya hansısa eskalasiya dövrü baş verir ki, bu da Ermənistanın növbəti güzəşti ilə başa çatır. Bu gün irəli sürülən tələblər 2-4 il əvvəl səsləndirilə bilməzdi. Ermənistan müqavimət potensialını artırmaq üçün addımlar atmır, Ermənistan hər dəfə tələbləri yerinə yetirərək zəif çıxır, Azərbaycan güclənir. Qonşu ölkələr və vasitəçilər dəyişən balansı görürlər”.
Göründüyü kimi, rusiyapərəst siyasi qüvvələr və ekspertlər Azərbaycanın haqlı tələbləri qarşısında Paşinyan hökumətinin ciddi müqavimət göstərə bilməməsini bəhanə gətirərək, hazırkı hökumətin yola salınmasında maraqlıdırlar. Lakin o da dəqiqdir ki, İrəvanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanın tələbləri və daha əvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi qaçılmazdır.
“AzPolitika.info”

Şərhlər
MŪHARIBEDE UDAN TEEF OLMUR.....ERMENISTANIN YETERINCE DIASPORU...KÖMEK EDENI VAR.....HETTA CENUBI AMERIKADA BÖYŪK LOBBISI VAR...AVROPANIN LOKOMOTIVLERINDEN BIRI OLAN FRANSA ,HOLLANDIYANI VE AMERIKANI NEZERDE SAXLAYIN....ANCAQ NEFTI ERMENILERIN DOSTU OLAN AVROPAYA SATIB ....BŪDCE YARADAN BİZ HER HALDA DIQQETLI OLMALIYIQ......
Ay erməni vəhşiləri siz nə vaxta qədər öz vətənini Russa,Fransıza, ona buna satacaqsınız.4,5mln idiniz indi 1,8 mln qalmısiniz.Sizin nə dəniz nə quru sərhətinz tərəfdaş olmaq istədiyiniz ölkə var.Yəni insan olan belə olar.