Menu

Gəncədə 12 ədəd avtomat və tapança satan şəxs saxlanılıb

12.06.2024, 08:39
Gəncədə 12 ədəd avtomat və tapança satan şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol