Menu

“Qazprom” 13 milyard avro cərimələndi – Alman enerji konserni “əsarətdən” azad oldu, amma...

12.06.2024, 16:48
“Qazprom” 13 milyard avro cərimələndi – Alman enerji konserni “əsarətdən” azad oldu, amma...

Almaniyanın “Uniper” enerji konserni nəhayət ki, Rusiya asılılığından qurtulub.

“AzPolitika” xəbər verir ki, bu barədə adıçəkilən konsern məlumat yayıb. Qeyd olunur ki, iyunun 7-də arbitraj məhkəməsinin verdiyi qərardan sonra şirkət “Qazprom”la Almaniyaya qaz tədarükü ilə bağlı müqavilələrə xitam verib. Müqavilələr 2035-ci ilə qədər olan müddətə bağlanıb.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan 2022-ci ilin yayına qədər “Uniper” məhdud miqdarda Rusiyadan qal alıb. 2022-ci ilin avqustunda tədarükün dayandırılmasına baxmayaraq, müqavilələrin hüquqi nəticələri olmadan qısamüddətli ləğvi mümkün olmayıb. Ona görə də formal-hüquqi baxımdan onlar hələ də qüvvədə idilər.

“Uniper” “Qazprom”un Almaniyadakı əsas müştərisi kimi aldğı qazı ölkə daxilində paylanmasına nəzarət edib. Rusiya tərəfinin tədarükü dayandırılması konsernə ciddi ziyan vurub. Alman enerji nəhənginin iflasının qarşısını almaq üçün Almaniya hökuməti 2022-ci ildə onu faktiki olaraq dövlət müəssisəsinə çevirdi.

Məhkəmə “Qazprom”u “Uniper” konserninə 13 milyard avro məbləğində təzminat ödəməyə məcbur edib. Bugünkü situasiyada ekspertlər qaz təchizatının birtərəfli dayandırılması nəticəsində itkilərin bərpasının nə dərəcədə mümkün olduğunu qiymətləndirməyə cəsarət etmirlər. Almaniya dövləti 2022-ci ildən şirkətin səhmlərinin 99,12%-nə sahib olduğundan, vəsait istənilən halda Almaniya büdcəsinə gedəcək.

Çoxdan gözlənilən məhkəmə qərarı “Uniperə” birjaya qayıtmağa və öz səhmlərini satışa çıxarmağa imkan verəcək. Şirkətin rəhbəri Maykl Lyuis bununla bağlı deyib: “Uniper” üçün bu qərar hüquqi aydınlıq yaradacaq”.

Əvvəllər investorların gözlənilməz maliyyə itkiləri qorxusundan şirkətin qiymətli kağızlarını almayacağı ilə bağlı narahatlıq var idi. Mövcud müqavilələr rəsmi qəbz olmadan mal almaq və ya onların əvəzini ödəmək öhdəliyini ehtiva etdiyindən, bu, potensial investorları həvəsdən sala bilər.

Hazırda dövlət müəssisəsinin səhmlərinin mərhələli şəkildə birjada yerləşdirilməsi üçün hazırlıq işləri aparılır. “Reuters”in məlumatına görə, “Uniper”in qiymətli kağızlarının 20-30%-i 2025-ci ildə satışa çıxarıla bilər.

Rusiya qazının qəfil dayandırılmasından sonra konser milyardlarla avro zərərə məruz qalıb. Avropa Komissiyasının göstərişinə əsasən, dövlət 2028-ci ildən gec olmayaraq konserində iştirak payını 25 +1 paya endirməlidir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol