Menu

Kreml Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq

13.06.2024, 14:33
Kreml Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq

Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı Ermənistanın mövqeyinə aydınlıq gətirəcək.

“Report” xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Ermənistana gəlincə, biz onlarla işləməyə davam edəcəyik. Onların KTMT ilə bağlı mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik əlaqələrini qoruyub saxlayacağıq”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT-dən çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq.

Şərhlər

Roma 2024-06-13 14:59:47

Ermənistan Rusiyanı barmağına dolayıb, əsas tələbi də Rusiyadan, Qarabağı bizdən alıb, onlara versinlər. Ona görə də Rusiyaynan çilingağac oynayırlar. İstənilən halda Rusiya onlara kömək edəcəkdir, hansısa bir yolla. Rusiya indi fikirləşir ki, necə edim ki, hər iki tərəfi, nisbi də olsa, razı salım...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol