Menu

ABŞ İrəvanda aksiyaların dağıdılmasını dəstəkləyir, Tblisidə pisləyir – “Dünya nizamı belə idarə olunur...”

14.06.2024, 18:11
ABŞ İrəvanda aksiyaların dağıdılmasını dəstəkləyir, Tblisidə pisləyir – “Dünya nizamı belə idarə olunur...”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerika səfirliklərinin İrəvan və Tbilisidəki etiraz aksiyalarınafərqli reaksiyalarını tənqdi edib.

“AzPolitika” xəbər verir ki, “Teleqram” səhifəsində Vaşintonun Ermənistanda və Gürcüstandakı aksiyalarla bağlı bəyanatlarını yerləşdirən Zaxarova, onları özünəməxsus şəkildə dəyərləndirib.

O, əvvəlcə ABŞ səfirinin 13 iyunda İrəvandakı hadisələrə reaksiyasını paylaşıb: “Biz etirazçıları zorakılıqdan çəkinərək sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq. Siyasi fikir ayrılıqlarının həlli demokratik proseslərlə təmin edilir. Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların söz və sərbəst toplaşmaq hüququnu təmin etməklə ictimai asayişi qorumağa, mümkün prosedur pozuntularının aşkar edildiyi bütün hadisələri, o cümlədən nümayişləri işıqlandıran jurnalistlərlə bağlı araşdırma aparmağa çağırırıq”.

Zaxarova daha sonra Tbilisdə baş verən hadisələrə ABŞ Dövlət Departamentinin münasibətini xatırladıb: “Biz Gürcüstan xalqının yanındayıq, onların səsini eşitmək hüququnu dəstəkləyirik. Biz dinc nümayişçilərə, o cümlədən nümayişləri işıqlandıran jurnalistlərə qarşı zorakılığı pisləyirik. Dinc toplaşmaları və ifadə azadlığını boğmaq üçün gücdən istifadə yolverilməzdir və biz hakimiyyəti zorakılıq tətbiq etməyən etirazçılara ifadə azadlığı hüquqlarından istifadə etməyə davam etməyə imkan verməyə çağırırıq”.

Rusiya XİN-in sözçüsü bildirir ki, Vaşinqton öz səfirliyi vasitəsilə mitinqlərin məsuliyyətlə keçirilməli olduğunu bəyan edir və onları yatırtmaqda hakimiyyəti qınamır, digər halda isə, əksinə, Qərb öz agentlərinin yaratdığı iğtişaşları fəal şəkildə dəstəkləyir.

“Dünya nizamı bu yanaşma, bu qaydalarla nizamlanır, yəni ABŞ əlini öz maraqları istiqamətində yellədir”, - Zaxarovsa vurğuılayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol