Menu

İsrail Livanın cənubuna aviazərbələr endirib

15.06.2024, 10:09
İsrail Livanın cənubuna aviazərbələr endirib

TSAXAL ordusu Livanın cənubundakı yaşayış məntəqəsinə aviazərbələr endirib.

APA-nın “Al Jazeera“ telekanalına istinadən xəbərinə görə, hərbi aviasiyanın hədəfində Eyt-əş-Şaab yaşayış məntəqəsi olub.

Nəticədə ərazidə güclü yanğın başlayıb. Livan hökuməti dağıntılar və insan tələfatı barədə məlumat verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol