Menu

DİN Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatı araşdırır

15.06.2024, 13:21
DİN Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatı araşdırır

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol