Menu

“Maraqlıdır, görəsən, kimlər 100 manata əhəmiyyətsiz məbləğ kimi baxır?...” – “Yol hərəkəti qaydaları da dəyişdirilməlidir”

15.06.2024, 16:54
“Maraqlıdır, görəsən, kimlər 100 manata əhəmiyyətsiz məbləğ kimi baxır?...” – “Yol hərəkəti qaydaları da dəyişdirilməlidir”

“Yol hərəkəti sahəsində bəzi cərimələrin artırılması və bəzi yeni cərimələr müəyyən edilməsi ilə bağlı layihə hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur”.

“AzPolitika” xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert xatırladır ki, sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni 1 ildən də az əvvəl bəzi cərimələr artırılmışdı. “Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil”, - o vurğulayıb.

Ə.Hüseynov vurğulayır ki, əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır: “Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun 20 manata qədər artırılmasını başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil.

Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir. Maraqlıdır, görəsən, kimlər 100 manata əhəmiyyətsiz məbləğ kimi baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var?”

Hüquqşünas bildirir ki, bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Davud 2024-06-15 21:01:11

Carimalarin hansı kriteriyalara asaslanmasi absurddur balı bazı carimalari galdirmag olar ancag içtimai nagliyyatin xidmat savcılarını galdirmadan onun yoluna girmenin carimasi ni galdirmag absurddur saharatrafi nagliyyat na gindadir bunu gormurlar

Elşən 2024-06-15 19:32:25

100 manatı saymayan cərimələri 50,100 % artırılmasını tələb edənlər gör .... geridə qalanı adam saymır , bəli belə olacaq da maşını adda ada keçirməyə 80 manat əvəzinə 350 manat alanda belə olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol