İki həftədən sonra tələblərə cavab verməyən avtomobillərlə taksi fəaliyyəti qadağan olunacaq. Sürücülər bildiriblər ki, yeni tələblər onların işini çətinləşdirir.
Bəzi sürücülər verilən müddət ərzində köhnə avtomobilləri yenisi ilə əvəz etməyin çətin olduğunu qeyd ediblər. Buna görə də, onlar problemləri aradan qaldırmaq üçün vaxtın uzadılmasını istəyirlər.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, indiyə kimi dörd mindən çox taksi fəaliyyəti üçün icazə verilib. O, bu sahədə son vaxtlar müşahidə edilən qiymət artımına da münasibət bildirib.//Xəzər TV

Şərhlər
Əgər Azərbaycanda sərnişin daşıma xidmətl'rini normal,sivil ölkələrdə' oldu]u kimitəşkil etmək düşünürüksə məsələnin optimal variantları üzərində mütəxəssis şalışçaına ehtiyac vardır.Qiymət qaldırmaqı,insanlara məhdudiyyətlərl bu msələ həll olunmaz! İlk növbədə sərnişşinlərin avtobuslarla daşınma marşrutlarını,hərəkət intervallarının müddətini qaydaya saımaq.marşrut xətlərini lazımi sayda avtobusla təmin edilməlidir.Bütün dünyada avtobus daşımaları dövlət dotasyası ilə fəaliyyət göstərir.Taksi daşımalarına gəlincə burada məsələ dövlət yanaşmaı vacibdir.Baklda üç-beş taksi motor parkı yatmaqla bu çox qısa müddətdə həll olunar.hal-hazırda öz şəxsi avtomobilləri iıə taksi xidməti göstərənlər çox məmnunlula bu parklarda işlə təmin olunar və bu msələ həll olunar.Bunun üçün ölənin potensialı var.i
Bahalaşmaya. səbəb kimi insanların yaşayış imkanlarını azaltmaq.... .normal avrobusla sərnişin daşımalarını təşkil etmək istəməyən və bu işi bacarmayan sistem insanları soymaq üçün bu yola əl atırlar.