Ermənistan və Fransa ikincilərin istehsalı olan CAESAR özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalayıb.
“Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb.
“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının tədarükü yeni mühüm mərhələdir”, - paylaşımda deyilir.
CAESAR – “Renault Sherpa 10” yük maşını şassisinə quraşdırılmış 155 mm-lik zirehli kabinli, özüyeriyən haubitsadır.


Şərhlər