Menu

“Turalla ayrılmağımıza psixoloji problemləri səbəb olub” - Nişanlısı

06.12.2014, 11:59
“Turalla ayrılmağımıza psixoloji problemləri səbəb olub” - Nişanlısı

Keçmiş nişanlısı Tural Mustafayevin tez-tez depressiyaya düşdüyünü deyir

“Ailəm və dostlarım da təsdiqləyə bilər ki, bu ilin oktyabrında Turalla nişanımız pozulub. Buna səbəb də yalnız onun psixoloji problemlərinin olmasıdır”. Bu sözləri Meydan TV-yə intihara cəhd etdiyi bildirilən jurnalist Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli deyib.

Onun sözlərinə görə, nişanlısının tez-tez depressiyaya düşməsi, aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb: “Bir dəqiqənin içində halı dəyişirdi. Tanımaq olmurdu. Bu hallarına dözə bilməyib nişanı qaytardım. Hətta özü də Meydan Tv-yə açıqlamasında deyib, bir müddət əvvəl Maştağadakı 1 saylı ruhi dispanserdə müalicə almışdı. Mütəmadi olaraq antidepressiv dərmanlar atır”.

Tural Mustafayevin intihara cəhdinin səbəbləri araşdırılır. Araşdırmaçı jurnalist Xədicə İsmayıl CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə təqsirli bilinir. Dekabrın 5-də Səbail rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol