Menu

"Bakmil" stansiyasına hərəkət cədvəli yenilənib

19.06.2024, 13:18
"Bakmil" stansiyasına hərəkət cədvəli yenilənib

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

Bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.

Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (https://metro.gov.az/az/page/muddealar/depo-qatarl... dərc edilib. Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol