Menu

Qazax dilində proqramların müddəti artırılır – Tokayev KİV haqqında yeni qanunu imzalayıb

20.06.2024, 14:19
Qazax dilində proqramların müddəti artırılır – Tokayev KİV haqqında yeni qanunu imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Kütləvi informasiya vasitələri haqqında” qanunu imzalayıb.

“AzPolitika” xəbər verir ki, qanunda “kütləvi informasiya vasitələri” anlayışına təkcə kütləvi informasiya vasitələri deyil, internet resursları da daxildir. Media hüquqlarının pozulmasına görə məhdudiyyət müddəti üç ildən bir ilədək azaldılır.

Qazax dilində televiziya və radio proqramlarının həftəlik həcmi qanuna əsasən, 2027-ci ilə qədər tədricən 50 faizdən 60 faizə qədər artırılacaq. 2027-ci ilə qədər televiziya və radioda xarici verilişlərin təkrar yayımının mərhələli şəkildə 20 faizdən 10 faizə endirilməsi də nəzərdə tutulur.

Mədəniyyət və İnformasiya Nazirliyinə kütləvi informasiya vasitələrinin cəmiyyətin mənəvi inkişafına zərər vurmasına, ümumbəşəri, milli, mədəni və ailə dəyərlərinin pozulmasına görə monitorinqi funksiyaları veriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol