Menu

Finlandiya Rusiya ilə əlaqələrdən imtina edir - Ukraynada müharibə bitənədək...

20.06.2024, 14:42
Finlandiya Rusiya ilə əlaqələrdən imtina edir - Ukraynada müharibə bitənədək...

Ukraynaya qarşı işğalçılıq müharibəsi davam etdikcə, Finlandiya qonşusu Rusiya ilə siyasi əlaqələri bərpa etməyəcək.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiyanın xarici və təhlükəsizlik siyasəti ilə bağlı yeni hesabatında belə deyilir.

Orada qeyd olunur ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğal hücumu Finlandiya ilə Rusiya arasında münasibətləri kökündən dəyişib. Ölkələr arasında siyasi əlaqələr kəsilib, yalnız diplomatik əlaqə mövcuddur. Hesabatda bildirilir ki, Finlandiya Rusiya tərəfindən özünə qarşı hərbi güc təhdidinə hazır olmalıdır.

Xatırladaq ki, Rusiya Finlandiyanı NATO-ya üzv olacağı təqdirdə “nəticələr”lə hədələmiş və onunla sərhəddə hərbi mövcudluğunu artıracağını vəd etmişdi. Lakin bildirilir ki, hazırda Rusiyanın Finlandiya ilə sərhəd ərazilərdəki hərbi hissələri boşdur, oradakı şəxsi heyət və texnika Ukarynaya göndərilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol