Menu

Avropaya “Patriot” verilməyəcək - Ukrayna səması bağlanana qədər

20.06.2024, 16:30
Avropaya “Patriot” verilməyəcək - Ukrayna səması bağlanana qədər

ABŞ Ukraynanın müdafiəsi istiqamətində daha qəti addımlar atmağa başlayır. 

“AzPolitika” xəbər verir ki, “Financial Times”-ın öz mənbələrinə istinadla yazdığına görə, ABŞ hökuməti Ukrayna Rusiyanın hava hücumlarından kifayət qədər müdafiə olunana qədər “Patriot” hava hücumundan müdafiə sistemlərinə dair bütün açıq sifarişləri dayandıracaq.

Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden ötən həftə İtaliyada Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri vermək öhdəliyini elan edib.

Daha sonra Bayden deyib ki, beş ölkə Ukraynaya “Patriot” və digər hava hücumundan müdafiə sistemləri göndərməyə razılıq verib. Ona görə də Amerika sistemlərinin çatdırılmasını gözləyən digər ölkələr gözləməli olacaqlar: “Bizdə olan hər şey onların ehtiyacları ödənilənə qədər Ukraynaya gedəcək”.

“Financial Times” yazır ki, ABŞ-nin bu qərarı Ukraynanın şəhərlərini və kritik infrastrukturunu qorumaq üçün lazım olan “Patriot” sistemlərini almasını təmin edəcək. Nəşr xatırladıb ki, Polşa, Rumıniya və Almaniya “Patriot” sistemləri üçün açıq sifarişləri olan Avropa ölkələri arasındadır. İspaniyanın da belə bir sifarişi var.

O da qeyd olunur ki, hazırda Ukraynada 4 ədəd “Patriot” sisteminin olduğu təxmin edilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol