“Co Bayden Donald Trampı iki xal qabaqlayır. Bayden 1095 respondentin 50 faizini, Tramp isə 48 faizinin səsini toplayıb”.
“AzPolitika” xəbər verir ki, bu barədə “Fox News” agentliyi apardığı reytinq sorğularının nəticələrində qeyd olunur.
Qeyd edək ki, keçən payızdan bəri keçirilən bütün rəy sorğularında Tramp daha çox səs toplayıb.
“Fox News”un may ayında keçirdiyi sorğulara əsasən, Donald Tramp Baydeni bir, martda keçirilən sorğularda isə 5 bal qabaqlayıb.
Sonuncu dəfə sorğuların nəticələri Baydenə ötən ilin oktyabrında bir xal üstünlük verib: Trampın 48 faizinə qarşı 49 faiz.
“AzPolitika.info”


Şərhlər