Menu

"TANAP layihəsi bölgəyə sülh gətirəcək" - Davudoğlu

06.12.2014, 13:04

tanapTANAP adı böhranlala xatırlanan Balkanlar və Qafqaz coğrafiyasını birləşdirən bir sülh layihəsi olacaq.

SalamNews-un “Anadolu” agentlyiinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu açıqlayıb.

Yunanıstanda səfərdə olan Davudoğlu Afinada keçirilən biznes forumdakı çıxışında bildirib:

“TANAP layihəsi bölgəyə sülh gətirəcək. Bu işdə hörmətli Samarasla birlikdə olmaqdan böyük qürur duyuram. İlk addımın atıldığı Bakı iclasıdan sonra qurulan TANAP, TAP layihəsi vasitəsi ilə Xəzərdən Türkiyə ərazisindən Yunanıstana, oradan isə Adriatik dənizinə qaz nəql ediləcək.

TANAP adı böhranlala xatırlanan Balkanlar və Qafqaz coğrafiyasını birləşdirən bir sülh layihəsi olacaq. Bu Türkiyə ilə Yunanıstanın və Azərbaycanın çiyin-çiyinə verərək reallaşdırdığı bir sülh layihəsidir. Gəlin Kipr problemini də birlikdə həll edək sülh gətirək. Kiprin hər iki xalqının haqqı olan təbii qaz və enerji qaynaqlarını Türkiyə üzərindən Yunanıstana gətirək. Xəzərdən necə Adriatik dənizinə gətirəcəyiksə, indi də Şərq Aralıq dənizini Türkiyə üzərindən Yunanıstan və Avropaya bağlayaq. Bundan hər kəs qazanacaq. Heç kim zərər görməyəcək. Sülhdən heç bir ölkə zərər görməz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol