Rusiyanın Anapa bölgəsində “Ka-29” helikopteri qəzaya uğrayıb.
“AzPolitika” xəbər verir ki, Rusiya teleqram kanalları helikopterin Rusiya hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğunu bildirib: “Anapada öz hava hücumundan müdafiə qüvvələrimiz öz helikopterimizi vurdu. “Pansir”lərimizdən biri helikopteri sistem nasazlığı səbəbindən vurub”.
Rusiya Müdafiə Nazirliyi və Ukrayna hərbçiləri vurulan rus helikopteri ilə bağlı heç bir açıqlama verməyib.
“AzPolitika.info”


Şərhlər