Şimali Koreyanın Cənubi Koreya ilə sərhəddə tikinti işləri apardığına dair peyk görüntülər ortaya çıxıb.
“AzPolitika” xəbər verir ki, sözügedən peyk görüntülərini təhlil edən “BBC” sərhəddə divara bənzər tikililərin inşa edildiyini bildirib.
Cənubi Koreyalı hərbi ekspert Uk Yang peyk görüntüləri ilə bağlı “BBC”-yə şərhində bunları deyib: “Şimali Koreya ilk dəfədir ki, sərhəddə sədd çəkir. 1990-cı illərdə Şimali Koreya müharibə vəziyyətində tankların irəliləməsinin qarşısını almaq üçün tank əleyhinə divarlar inşa etmişdi. Lakin son vaxtlar Pxenyan 2-3 metr hündürlüyündə divarlar tikir və bunlar tank əleyhinə divarlara oxşamır”.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Asiya və Koreya üzrə baş vitse-prezidenti, Viktor Ça qeyd edib ki, əvvəlcədən məsləhətləşmədən silahsızlaşdırılan zonada binaların tikintisi qeyri-adi haldır və atəşkəs rejiminin pozulması ilə nəticələnə bilər.
“Kings College”-in Avropa və Beynəlxalq Araşdırmalar şöbəsinin rəhbəri Ramon Paheco Pardoya görə, Şimali Koreyanın cənubdan gələn hücumun qarşısını almaq üçün əlavə maneələrə ehtiyacı yoxdur. O, qeyd edib ki, Şimali Koreya bu sərhəd maneələrini quraşdırmaqla, cənubla yenidən birləşmək istəmədiyi mesajını verir.
“AzPolitika.info”







Şərhlər