Menu

Rusiya ilk dəfə Ukraynaya qarşı 3 tonluq bombadan istifadə edib - VİDEO

21.06.2024, 15:39
Rusiya ilk dəfə Ukraynaya qarşı 3 tonluq bombadan istifadə edib - VİDEO

Rusiya ötən gün ilk dəfə M-54 təyyarəsindən Xarkov vilayətinin Liptsi şəhərinə 3 tonluq “FAB-3000” bombası atıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.

Qeyd edilib ki, rusiyalı hərbi bloqçular 20 iyun zərbəsinin o qədər də dəqiq olmadığını, lakin “FAB-3000”-ün məhvetmə radiusunun böyük olduğunu vurğulayıblar.

Bir çox ekspertlər bildiriblər ki, Rusiyanın Ukrayna qüvvələrinə və infrastrukturuna qarşı bu bombalardan davamlı şəkildə istifadə etməsi hücumların effektivliyini artıra bilər.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol