Menu

Aİ iyunda Ukrayna ilə təhlükəsizliyə dair sənəd imzalaya bilər

21.06.2024, 21:00
Aİ iyunda Ukrayna ilə təhlükəsizliyə dair sənəd imzalaya bilər

Avropa İttifaqı (Aİ) iyunda Ukrayna ilə ölkəyə təhlükəsizlik zəmanəti verəcək sənəd imzalamağa ümid edir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi təşkilatın xarici işlər nazirlərinin iyunun 24-də baş tutacaq görüşündən əvvəl açıqlayıb.

“Nazirlərin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklərini gözləyirik. Mətni tezliklə yekunlaşdıracağıq və ayın sonuna qədər imzalanacağına ümid edirik”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol