Menu

Şərurda yol qəzası olub - 17 yaşlı yeniyetmə ölüb

22.06.2024, 14:20
Şərurda yol qəzası olub - 17 yaşlı yeniyetmə ölüb

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yeniyetmə ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində baş verib.

"VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb.

"VAZ 2106" markalı avtomobildə olan digər iki yeniyetmə - Şərur rayon Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. 

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol