Menu

“Aİ-nin qapıları Gürcüstan üçün açılmaya bilər” - Borrel

24.06.2024, 14:33
“Aİ-nin qapıları Gürcüstan üçün açılmaya bilər” - Borrel

“Bir şey aydındır: Aİ-nin qapısı Gürcüstan üçün açıqdır, amma hökumət eyni yolda davam etsə, eyni hərəkətləri davam etdirsə, bu qapı bağlanacaq və gürcü xalqı bunun əvəzini ödəyəcək. Çünki Avropa perspektivi azalacaq, yaxud bəlkə də tamamilə ləğv ediləcək. Biz ciddi problemdən danışırıq. Belə davam edərsə, Aİ-nin qapıları açılmayacaq”.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Ali komissarı Jozep Borrel deyib.

İyunun 24-də Gürcüstan məsələsinin müzakirə olunacağı Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə çıxış edən Borrel deyib ki, bu gün qəti qərar verilməyəcək, lakin Tbilisiyə qarşı müəyyən addımlar müzakirə ediləcək: “Bu gün heç bir qərar verilməyəcək, lakin qısa müddətdə tədbirlər görülə bilər. Məsələn, ən yüksək səviyyədə siyasi təmasların, eləcə də birbaşa dövlətin maliyyələşdirilməsinə yönəlmiş müəyyən maliyyə dəstəyinin dayandırılması. Biz bu tədbirlərin vətəndaşlara təsir etməsini istəmirik”.

Xatırladaq ki, Gürcüstan hakimiyyətinin qəbul etdirdiyi “xarici agent” qanunu həm ölkənin özündə, həm də Qərbdə ciddi etirazlarla qarşılanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol