Menu

XÜSUSİ KARANTİN REJİMİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Baş nazir imzaladı

24.06.2024, 20:41
XÜSUSİ KARANTİN REJİMİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Baş nazir imzaladı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Şərhlər

ƏNHU 2024-06-25 02:31:00

Kovid dünyanı çoxdan tərk edib...

Azərbaycanlı 2024-06-24 23:51:27

Bu milləti ələ salmaqdır.Haradadır GOVİD? ....

Tahir 2024-06-24 22:21:40

Artiq iyrenclikdi

Vətəndaş 2024-06-24 18:25:25

Bu oyunbazlığın sonu niyə olmur?İnsan niyə sərbəst hərəkət etməməlidir?Buhansı Konstitusiya ilə qadağandır.Məgər Azərbaycanda KOVİD var?Baş nazir dir gözünü aşıb ətrafa niyə baxmİnsanlar nə qədər ambisiyaların qurbanı olmalıdırtəndaş vətəninə niyə qayıda bilməssin,niyə ailə ehtiyacları üçün məhdudiyyət yaşasın?Belə anlaqsız Baş nairi haradan tapıb millətə zülm etdirirər.BU hansı Konstitusiya ilə,hansı qanunla qəbul edlən qərardır? Azərbaycanda həqiqi Covid virusu baş vermir və bu oyunun sonu olmalıdır.Baş Nazir-İstefa!

Vətəndaş 2024-06-24 16:15:00

Bu ölkədə ömür boyu karantin olacaq. Biyabırçılıqdır.

Mubariz 2024-06-24 15:11:03

Cavid-19 əl çəkdi ,cıxıb getdi ,bizim Əli Əsədov hələ də onu arzulayır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol