2023-cü ildə 716 tələbə akademik borca görə təhsil müəssisələrindən xaric edilib.
APA xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Onlardan 583-ü bakalavriat, 77-si magistratura, 31-i tam orta, 25-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Bundan əlavə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1952 tələbə təhsil aldığı təhsil müəssisəsindən xaric edilib. Onlardan 1420-si bakalavriat, 180-i magistratura, 206-sı tam orta, 146-sı ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.


Şərhlər
700 TƏLƏBƏNİN RÜŞVƏT VERMƏK İMKANI OLSAYDI XARİC OLMAZLARDI.BU AZƏRBAYCANDA TƏHSİL SEKTORUNUN.CİNAYƏTKAR QRUP ƏLİNDƏ OLMASINA ƏSASLI SÜBUTDUR.nİYƏ SƏHİYYƏ VƏ TƏHSİLƏ ÖGEY MÜNASİBƏT SƏRGİLƏNİR?