Menu

Moskva vilayətində baş verən güclü yanğında altı nəfərin meyiti tapılıb

25.06.2024, 13:46
Moskva vilayətində baş verən güclü yanğında altı nəfərin meyiti tapılıb

Moskva vilayətinin Fryazino şəhərində yanğın yerindəki binada altı nəfərin meyiti tapılıb.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən bildirilib ki, Fryazinoda baş verən yanğında altı nəfər ölüb. Həmçinin qeyd edilib ki, ölənlərin sayının dəqiqləşdirilməsi istiqamətində işlər görülür.

İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən isə yanğına elektrik naqillərində baş verən nasazlığın səbəb olduğu bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən yayılan xəbərə görə, yanğın tamamilə söndürülüb.

Qeyd edək ki, dünən hadisə zamanı doqquz nəfərin öldüyü bildirilmişdi. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol