Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 min 282,6 manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 min 007,5 manata çatıb.


Şərhlər
Yalanlardan bezmədiniz?Bahalaşma hər sahədə30-50 faiz olduğu halda bu 10 % (hələ əgər doğrudurs) nə demək olduğunu bu yazını yazan anlayırmı?Belə anlaqsız yazarlar kimə ayı xidməti göstərir?