Menu

AFFA milli komandanın zəif çıxışına görə tədbirdən imtina etdi

06.12.2014, 15:28
AFFA milli komandanın zəif çıxışına görə tədbirdən imtina etdi

Son illər dekabr ayında ilin yekunları ilə bağlı tədbir keçirən və milli komandanın futbolçularını mükafatlandıran AFFA bu ənənəni davam etdirməyəcək. Federasiya bu il tədbir keçirmək fikrində deyil.

İnformasiyaya görə, klublara bununla bağlı sorğu göndərilməyib.

Bu xəbəri apasport.az saytının əməkdaşı ilə söhbətində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da təsdiqləyib. O, səbəbi belə izah edib: “Bəli, bu dəfə planda tədbir keçirmək yoxdur. Bunun da səbəbi milli komandamızın 2014-cü ili zəif keçirməsidir”.

Qeyd edək ki, ilin ən yaxşıları klubların baş məşqçi və kapitanları, eyni zamanda İcraiyyə Komitəsinin bir üzvü, milli komandanın baş məşqçisi və texniki direktoru arasında keçirilən sorğu ilə müəyyənləşdirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol