Menu

Fransa - Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib

25.06.2024, 22:45
Fransa - Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Fransa - Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, polşalı qapıçı Lukaş Skorupski qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Qolkiper görüşdə 7 dəfə komandasını qoldan xilas edib. Oyun isə heç-heçə yekunlaşıb - 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol