Menu

Türkiyə polisi İspaniyada əməliyyat keçirib - Beynəlxalq narkokartel zərərsizləşdirilib

26.06.2024, 10:14
Türkiyə polisi İspaniyada əməliyyat keçirib - Beynəlxalq narkokartel zərərsizləşdirilib

Türkiyə polisinin İspaniyada keçirdiyi xüsusi əməliyyat nəticəsində beynəlxalq narkokartel zərərsizləşdirilib, cinayətkar şəbəkənin lideri tutulub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, İspaniyada Narkotiklərlə Mübarizə İdarəsinin iştirakı ilə “ARGAY” şərti ad altında əməliyyat keçirilib:

“Beynəlxalq narkotik karteli məhv edilib. Şəbəkənin rəhbəri, Emre Karaca kimi tanınan, Türkiyənin beynəlxalq axtarışa verdiyi Kərim Dağlıoğlu tutulub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol