“Mənim və ABŞ-nin Ermənistandakı bütün səfirlərinin vəzifəsi Ermənistanın siyasi yolunu Qərbə çevirməsini təmin etmək idi”.
“AzPolitika” xəbər verir ki, bunu dünən ABŞ Atlantika Şurasında keçirilən “Ermənistan və Azərbaycan sülh astanasındadırmı?” mövzusunda müzakirədə ABŞ-nin Ermənistandakı keçmiş səfiri Con Heffern deyib.
Bununla o, ABŞ-nin Ermənistanı öz nəzarətinə almaq istiqamətində uzun illərdir iş apardığını təsdiqləyib.
Onun sözlərinə görə, o zaman Ermənistanın Rusiyadan uzaqlaşa, KTMT-dən çıxmaq niyyətini bəyan edə, nəzərlərini Vaşinqton və Brüsselə çevirə biləcəyi ağlına belə gəlməyib.
Con Heffern qeyd edib ki, Birləşmiş Ştatlar və Aİ Ermənistanın seçdiyi yolla irəliləyişini davam etdirmək üçün hər şeyi etməlidir.
“Paşinyanın KTMT-dən çıxmaq niyyəti və Moskvadan uzaqlaşmaq çox müsbət haldır. Biz isə erməni xalqına göstərməliyik ki, Qərbə istiqamət götürməyə dəyər”, - o, vurğulayıb.
“AzPolitika.info”


Şərhlər