“WikiLeaks”-in qurucusu Culian Assanc Şimali Mariana Adaları (ABŞ-ın Sakit Okeanın şərqindəki ərazisi) Federal Dairə Məhkəməsində keçirilən iclasda hərbi sirlərinin dərc edilməsinə dair vahid cinayət ittihamı üzrə dinləmə zamanı özünü təqsirli bilib.
“AzPolitika” “Röyter” agentliyinə istinadla xəbər verir ki, o, yayımladığı məlumatları silməklə bağlı Amerika səlahiyyətliləri ilə razılaşmanı imzaladıqdan sonra sərbəst buraxılılıb.
Məhkəmədə çıxış edən 52 yaşlı Assanj baş verənlərin ona qarşı qanun pozuntusu olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, “WikiLeaks”-in işi davam edəcək.
Amerika və Britaniya mətbuatı yazır ki, hakim Ramona Manglona Assancın yüksək təhlükəsizlik şəraitində London həbsxanasında keçirdiyi beş ili onun cəzası kimi hesab etməyin ədalətli və ağlabatan olacağını deyib və işin bağlandığını elan edib.
Beləliklə, Assanca qarşı daha ciddi ittihamlar ləğv edilib. ABŞ səlahiyyətliləri də ekstradisiya tələblərini geri götürüblər.
Məhkəmədən sonra o, şəxsi təyyarəsi ilə vətəndaşı olduğu Avstraliyaya uçub.
“AzPolitika.info”


Şərhlər