İyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlət çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məlumata görə, Mahir Quliyev İlhamə Hüseynova ilə qeyri-rəsmi nikah münasibətlərində yaşayırmış.


Şərhlər
Qeyri-rəsmi münasibətdə yaşamaq nə demək? Hamısı efirlərin günahı. Yolda, küçədə qalan, onun -bunun ərindənuşaq doğub, orasını-burasını şişirdib, tərbiyəsiz insanları gecə-gündüz reklam edib, bu hərəkətlər düzgün kimi təbliğ edəndə, millətin axırı belə olacaq. Çünki, niyə kiməsə olar, mənə yox prinsipi yaşanır. Əgər kimlərisə qəbul edib, stolun başına otuzdururlarsa, bizlərə niyə olmaz düşüncəsi əmələ gəlir insanlarsa. Bürün günü tərbiyəsizlik, həyassızlıq, əxlaqsızlıq təbliğ olunur efirlərdən. Ona görə bu gündəyik.