“Rusiya Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırır”.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
“Biz Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların, eləcə də bu arxipelaqın metropolun baxımsızlığından və müstəmləkə keçmişinin aydın izlərini daşıyan fransız “ədalətinin” hərəkətlərindən əziyyət çəkən bütün sakinlərinin fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”, - deyə o bildirib.

Diplomat qeyd edib ki, saxlanılanlar arasında Kanak Milli Azadlıq Hərəkatının tanınmış siyasi xadimləri də var: “Kanak fəallarının həbsləri və Yeni Kaledoniyadan zorla çıxarılması arxipelaqda gərginliyin yeni mərhələsinə səbəb olub və regionda onsuz da çətin olan siyasi vəziyyəti daha da qəlizləşdirib. Biz ondan çıxış edirik ki, Yeni Kaledoniyada mövcud ictimai-siyasi böhran onun dekolonizasiya prosesinin tam olmamasının nəticəsidir.



Şərhlər