Menu

Bakıda məşhur lisey bağlandı

27.06.2024, 21:51
Bakıda məşhur lisey bağlandı

Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub. Bu barədə İqtisadiyyat.az məlumat yayıb.

Qeyd edək ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.

Bu tədris ilində liseydə 200 şagird təhsil alıb.

Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının "Ağ şəhər" adlanan ərazisində yerləşib. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib. Tədris fransız dilində aparılıb.

Özəl liseydə illik təhsil haqqı aşağıdakı kimi idi:

Təhsil haqqı Azərbaycan vətəndaşları üçün manatla, xarici vətəndaşlar üçün isə avro ilə müəyyənləşib.

Bağça9680 AZN5500 Avro
İbtidai məktəb18150 AZN10290 Avro
Kollec və Lisey19480 AZN11070 Avro
11-12-ci siniflər22990 AZN12030 Avro

Şərhlər

Moshu 2024-06-28 06:38:11

Bu məktəb hansı zərurətdən yaranmışdı və hazırda niyə ləğv olunur? Banan dövlətinə bənzəyirik.

RR 2024-06-28 04:00:04

Niye baqlanibki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol