Menu

“Putin hələ ki, müharibəni bitirmək istəmir” - Zelenski

28.06.2024, 17:08
“Putin hələ ki, müharibəni bitirmək istəmir” - Zelenski

Son zamanlar Ukraynadakı müharibəni dayandırmağın yolları ətrafında müzakirələr xeyli çoxalıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqların nə vaxt başlayacağına Ukraynanın qərar verəcəyini deyib.

O, bu barədə Kiyevdə Sloveniya Prezidenti Nataşa Pirc Musarla birgə mətbuat konfransında danışıb: “Əlbəttə, Ukrayna qərar verəcək, amma hər şey yalnız Ukraynadan asılı olsaydı, ümumiyyətlə, müharibə olmazdı. İşğalçı Rusiyadır, müharibəni Putin istədi və hələ ki, onu bitirmək istəmir”.

Prezident qeyd edib ki, Ukrayna müharibənin qurbanı olduğu üçün təşəbbüsü öz üzərinə götürüb və diplomatik yol seçib: "Sülh sammiti keçdi. İndi biz üç müfəssəl plan üzərində işləyirik: enerji, ərzaq təhlükəsizliyi və mübadilə (əsirlərin və uşaqların qaytarılması – red.). Mən əminəm ki, biz bu məsələləri həll edəcəyik. Ən azından ətraflı plan hazırlayacağıq. Bu plan yaxın zamanda olacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol