Menu

“Üzvlük prosesi de-fakto dayanıb...” - Gürcüstan üçün Aİ qapıları bağlanır

28.06.2024, 17:55
“Üzvlük prosesi de-fakto dayanıb...” - Gürcüstan üçün Aİ qapıları bağlanır

Avropa İttifaqı ölkələrinin liderləri bəyan ediblər ki, Gürcüstanın Aİ-yə qəbulu prosesi ölkədə qəbul edilən “xarici agentlər” haqqında qanuna görə faktiki olaraq dayandırılıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Komissiyasının rəyinə görə, bu qanunun qəbulu Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrindən kənara çıxmaqdır. Bu barədə Brüsseldə keçirilən sammitin yekun bəyanatında deyilir.

Sənəddə Gürcüstan hakimiyyəti “Gürcüstanın Aİ-yə gedən yolunu təhlükə altına alan və de-fakto üzvlük prosesinin dayanmasına səbəb olan hazırkı fəaliyyət kursunu dəyişməyə” çağırılır.

Xatırladaq ki, Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunu alıb. Bu həftənin əvvəlində Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ-nin Gürcüstanın namizəd statusunu ləğv etməyi nəzərdən keçirə biləcəyini söyləmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol