Menu

Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

01.07.2024, 10:54
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

İlin sonunadək uşaq bağçalarında çalışan tərbiyəçi müəllimlər üçün diaqnostika imtahanlarının keçirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məqsəd həmin şəxslərin biliyinin qiymətləndirilməsidir: "Sertifikasiya imtahanlarından fərqli olaraq, burada hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi olmayacaq. Sadəcə imtahan nəticəsində hər hansı qərarların verilməsinə şərait yaradacaq. Eləcə də hansı tərbiyəçi müəllimlərin təlimə ehtiyac olduğunu başa düşəcəyik, həmçinin onların peşəkar inkişaf proqramlarını hazırlamaq məqsədimiz var".

Şərhlər

Rasim Quliyev 2024-07-01 11:07:29

Məktəbdə etdiyiniz təqdirə layiqdir.Məktəbin 10 -11 ci sinifində uşaqlar gedir müəllim yanına imtahanda yüksək nəticə yığaraq məktəbin reytinqini qaldırır.Amma bu məktəbin uğuru deyil.Bu valideynlərin tökdüyü pullardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol