Rusiya Ukraynada daha 2 yaşayış məntəqəsini ələ keçirib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Xarkov və Donetsk bölgəsində yerləşən iki yaşayış məntəqəsinin Rusiya ordusunun nəzarətinə keçdiyi bildirilib.
“Qərb Hərbi Qrupunun bölmələrinin uğurlu əməliyyatları nəticəsində Xarkov vilayətinin Stepovaya Novoselovka qəsəbəsi və Novopokrovskoye qəsəbəsi azad edilib”,-deyə məlumatda qeyd olunub.
“AzPolitika.info”


Şərhlər