Menu

VHP MSK-ya sənədlərini təqdim etdi - Samir Əsədli seçki qərargahının rəhbəri təyin edildi

01.07.2024, 16:40
VHP MSK-ya sənədlərini təqdim etdi - Samir Əsədli seçki qərargahının rəhbəri təyin edildi

Bu gün Vətəndah Həmrəyliyi Partiyasının Siyasi Şurası keçirilmiş, növbədənkənar parlament seçkiləri ilə bağlı qərarlar verilmişdir. 

VHP sədri Sabir Rüstəmxanlının sərəncamı ilə partiyanın seçki qərargahı yaradılmış, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli seçki qərargahının rəhbəri təyin edilmişdir.

Eyni zamanda VHP Siyasi Şurası 100-ə yaxın səlahiyyətli nümayəndənin siyahısını əsdiqləmişdir. VHP seçki seçki qərargahının rəhbəri S.Əsədli bildirmişdir ki, səlahiyyətli nümayəndələrin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir: “MSK tərəfindən təsdiq olunandan sonra səlahiyyətli nümayəndələr dairə seçki komissiyalarında namizədlərimizin sənədlərini təqdim edəcəklər. Partiyanın Siyasi Şurasında namizədlər və dairələr üzrə müzakirələr aparılır. Yaxın günlərdə VHP namizədləri ilə bağlı yekun qərar veriləcək”

Şərhlər

Oxucu 2024-07-01 18:09:22

Belə partiyalar ləğv olunmalıdırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol