Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 2024-cü il iyulun 1-dən qüvvəyə minən yeni qaydalar nə taksi sürücülərini, nə də sərnişinləri qane edir.
Belə ki, sərnişinlər od tutub yanan qiymətlərdən, sürücülər isə müştəri azlığından şikayət edirlər.
"Xidmət onsuz da yerində qalıb. Əvvəl keyfiyyət olmasa da, taksi tapa bilirdik. Amma indi keyfiyyət də yoxdur, taksi də. Qiymət isə çox bahadır. Əvvəl beş manata getdiyim yolu indi 10 manat yazır", - deyə paytaxt sakini narazılığını bildirib.
Ətraflı Baku TV-nin süjetində:


Şərhlər
Hökümət milləti ........
Niyə şərhlərimi vermirsiniz, nədən qorxursunuz. Sözün düzün yazanda vermirsiz şərhimi.
Avropa standartı əmək haqqı alırıq ona görədə hökümətdə düz edir qaldırır qiymətləri. Biabırçılıqdır.
Bu tənzilmləmə deyil. Bu sadəcə insanlara da sürücülərə də əziyyət etmədi. Bəli Taksilərə tələbat olub və olacaq da. Amma əgər qiymət od tutursa burada ən çox itirən sürücülər olacaq. çünki, taksilərə minənlər imkansız təbəqədir və onların imkanı çatmayacaq ki, hər dəqiqə taksi sifariş etsin. Demək ki, əvvəllər gün ərzində dincəlməyə vaxt tapa bilmirdisə sürücülər, indi də maşında oturub gözləməkdən yorulacaqlar.