Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi ukraynalı jurnalist Dmitri Qordonu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, 56 yaşlı Qordon terrora çağırışda, Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda, nifrət və düşmənçiliyi qızışdırmaqda ittiham olunub.
Hökmə əsasən, 2022-ci ilin martında Qordon "YouTube"-dakı videolarda Rusiya hərbçilərinin hərəkətləri barədə yalan məlumatlar yayıb və ABŞ Prezidenti Con Baydeni Rusiyaya nüvə zərbəsi endirməyə çağırıb.
Qordon “Telegram”-da hökmə təlxək emojisi ilə reaksiya verib.
Qordon jurnalist və teleaparıcı, Kiyev Şəhər Şurasının keçmiş deputatıdır. Habelə "Qordon" onlayn nəşrinin və "Qordon Bulvarı" qəzetinin yaradıcısıdır. O, Rusiyalı siyasətçilər də daxil olmaqla, məşhur insanlarla 1100-dən çox müsahibə yayan jurnalist kimi tanınır. "YouTube" kanalının 3 milyondan çox abunəçisi var.
“AzPolitika.info”


Şərhlər