Menu

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksəldi

03.07.2024, 00:55
AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksəldi

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıb - 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç yekun hesabı müəyyənləşdirib.

Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol