Menu

İRANDA CANLI YAYIMDA QILINCLAR ÇƏKİLDİ - Bir-birilərini ittiham etdilər + VİDEO

03.07.2024, 20:08
İRANDA CANLI YAYIMDA QILINCLAR ÇƏKİLDİ - Bir-birilərini ittiham etdilər + VİDEO

İyulun 5-də İranda keçiriləcək prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəlili və türk əsilli namizəd, sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.

"AzPolitika" xəbər verir ki, seçkiyə az bir müddət qalmış prezidentliyə namizədlər arasında canlı yayımda debat baş tutub.

Kifayət qədər gərgin atmosferdə keçən debat zamanı Pezeşkian rəqibi Cəlilini ölkəni idarə etmək üçün yetərli təcrübəyə sahib olmamaqda ittiham edib.

Cəlili onun bu fikri ilə razılaşmayıb, İranda müxtəlif yüksək vəzifələrdə çalışdığını bildirib. 

Cəlili də eyni reaksiya verərək, Pezeşkianı təcrübəsiz olmaqda ittiham edib.

 Ətraflı videoda:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol