Menu

ABŞ-dən Ukraynaya 2.3 milyard dollarlıq yeni paket – Kiyevə “Patriot” və NASAMS-lar üçün raketlər göndəriləcək

04.07.2024, 10:52
ABŞ-dən Ukraynaya 2.3 milyard dollarlıq yeni paket – Kiyevə “Patriot” və NASAMS-lar üçün raketlər göndəriləcək

ABŞ Ukrayna üçün “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemlərinə raketlərin alınmasına 2,2 milyard dollar ayırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəlumat yayıb.

Qeyd olunur ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası bu sursatların tədarükünü sürətləndirməyi planlaşdırır. “Nəticədə Ukrayna öz əhalisini və kritik infrastrukturunu Rusiyanın hava hücumlarından qorumaq üçün təcili ehtiyac duyduğu müdafiə raketlərilə təmin olunacaq”, - deyə məlumatda bildirilir.

Vəsait Ukraynanın Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində ayrılacaq. Bundan əlavə, ABŞ Ukraynaya 150 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırıb. Buraya, xüsusən, Hawk qısa mənzilli hava hücumundan müdafiə sistemləri üçün raketlər, HIMARS MLRS sistemləri üçün mərmilər, 155 mm və 105 mm artilleriya mərmiləri, 81 mm-lik minaatan və Javelin və AT-4 tank əleyhinə qumbaraatanlar daxildir.

Ümumilikdə, müharibə başlayandan bəri ABŞ Kiyevə 53,6 milyard dollar məbləğində hərbi yardım ayırıb.

“AzPolitika.info”

***

Artilleriya mərmiləri, HIMARS reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə kompleksləri üçün döyüş sursatları ABŞ-nin Ukraynaya yeni hərbi yardım paketinə daxil ediləcək.

“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bu, Baydenin aprel ayında Milli Təhlükəsizlik Qanununa əlavə imzaladığı gündən indiyədək Ukraynaya kömək üçün icazə verdiyi yeddinci təhlükəsizlik yardım paketidir.

Bu paketə həmçinin ABŞ Müdafiə Nazirliyinin Ukraynaya qoşunlarını və şəhərlərini Rusiyanın hava hücumlarından müdafiəsinə kömək etmək üçün “Patriot” və NASAM hava hücumundan müdafiə sistemləri üçün ələkeçirmə qurğuları almaq üçün istifadə edəcəyi yeni maliyyə də daxildir.

Məlumata görə, paket ABŞ Prezidentinin Ukraynanın qısamüddətli ehtiyaclarını ödəmək üçün Birləşmiş Ştatların hərbi anbarlarından silah, sursat və texnikanın çıxarılması səlahiyyəti çərçivəsində təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol