Menu

AZƏRBAYCANDA İKİ GENERAL EHTİYATA BURAXILDI - Rəsmi açıqlama

04.07.2024, 20:45
AZƏRBAYCANDA İKİ GENERAL EHTİYATA BURAXILDI - Rəsmi açıqlama

Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb.Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.

Qeyd edək ki, "Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə sərəncam ilə general-leytenant rütbəsi verilmişdi.

Fotoda Zakir Ağayev

Fotoda Məmməd Eminov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol