Menu

Ukrayna ordusu 20-dən artıq İran dronunu vurub

04.07.2024, 16:22
Ukrayna ordusu 20-dən artıq  İran dronunu vurub

Ukrayna Silahlı Qüvvələri rus ordusunun istifadəsində olan 20-dən artıq İran dronunu vurub.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Məlumata görə, ötən gecə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfindən atılan İran istehsalı olan 22 ədəd "Şahid"-136/131 dronundan 21-ni vurub. 

Qeyd olunub ki, Rusiya ordusu İran dronları ilə Ukraynanın Kiyev, Çerniqov, Jitomir, Sumi, Dnepropetrovsk və Poltava əyalətlərini hədəfə alıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol