Menu

"Əgər Donetsk onların əlinə keçsə..." - Poroşenko

06.12.2014, 20:03
"Əgər Donetsk onların əlinə keçsə..." - Poroşenko

Ukrayna president Petro Poroşenko Donetsk hava limanının Ukrayna üçün önəmindən söz açlb. Onun sözlərinə görə, bu mövqenin itkisi bütün Ukrayna üçün böyük problemə səbəb ola bilər. Qeyd edək ki, prezidentin bu çıxışı ötən gün baş verən şiddətli döyüşlərdən sonra gündəmə gəlib. Bu haqda “Reuters“ xəbər agentliyi yazır.

Ukrayna hərbi qüvvələri sözügedən şiddətli döyüşlərdə 6 nəfər əsgərini itirib.

Sonuncu dəfə atəşkəsin pozulması yaşlı təqaüdçünün ölümünə səbəb olmuşdu. Xatırladaq ki, bu ölüm tərəflərin 9 dekabr tarixini “sakitlik günü” elan etmələrindən bir az sonra baş verdi.

Rəsmi Kiyev və Qərb Rusiyanın separatçılara dəstək olduğunu bildirsə də, rəsmi Moskva bu ittihamlardan boyun qaçırır.

Poroşenko hərbçiləri təltif etmə mərasimində “Əmin olun ki, Donetski qorumaqla, biz bütün Ukraynanı qoruyuruq. Əgər Donetsk onların əlinə keçsə, düşmən Borispil, Qostomel və hatta Lvivi də işğal edə bilər”, deyə bildiirb

Borispil paytaxtın əsas beynəlxalq hava limanı, Qostomel kiçik hərbi hava limanı, Lviv isə Ukraynanın əsas şəhərlərindən biridir.

Hərbi sözcü Andriy Lısenko son toqquşmalarda çoxlu itki verdiklərini söyləyib. Sakitlik günü ərzində ərazidən hər iki tərəfin öz hərbi qüvvələrini çıxaracağı gözlənilir.

BMT-nın məlumatına görə, müharibə nəticəsində 4.300 nəfər həlak olub.

Rusiya xarici işlər naziri Sergey Lavrov “Dekabrın 9-dan etibarən atəşkəsin davamlı olacağını gözləyirik. Öncəki atəşkəslər hərbi qüvvələrin çıxarılmasına imkan vermirdi. Bu dəfə daha fərqli olacağına inanırıq”, deyə bildirib.

Uktayna xarici işlər naziri Pavlo Klimkin isə “Hər gün mövcud vəziyyətdən insanlar əziyyət çəkir. İnsanlar ölür. İndi boş sözlərin zamanı deyil, real addımların zamanıdır”, deyə qeyd edib. /"eunews.az"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol